!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna müharibəsi ikinci plana keçir – “NATO əsas gücünü Yaxın Şərqə yönəldəcək”

!Reklam – Yazi

“Qərb Ukraynanı sanki psixoloji olaraq itkilərə hazırlayır”.

Bu sözləri Yaxın Şərqdəki müharibənin qızışması fonunda Rusiyanın Ukrayna hücumunu kəskinləşdirməsi və bir neçə yaşayış məntəqəsini ələ keçirməsini Yenicag.az-a şərh edən hərbi ekspert Elxan Şıxəliyev deyib.

Elxan Şıxəliyev bildirib ki, NATO Ukraynaya verdiyi dəstəyin nəticə vermədiyi qənaətinə gəlib.

“Rusiya özünün NATO-nun hədəfi fonunda ikinci cəbhənin açılmasında maraqlı idi. İkinci cəbhənin açılması Rusiyanın işinə yaramış oldu. NATO üçün İsrailin Livan, HƏMAS müharibəsi qarşılığında, İranla ola biləcək müharibə fonunda prioritet İsrail olacaq. NATO əsas gücünü Yaxın Şərqə yönəldəcək. Çünki Rusiya ilə bağlı planlarının istədikləri kimi baş tutmaması qərarına gəliblər”, – deyə o vurğulayıb.

Ekspertin sözlərinə görə, ABŞ, Qərb Ukraynaya dəstəyini elə verəcək ki, müharibə sürünən fazada davam etsin.

“NATO-nun Ukrayna üzərindən siyasi-hərbi hədəflərinə nail olma qərarlılığını görmürük. NATO-ya daxil olan ölkələrin rəhbərləri Ukraynaya verdikləri dəstəklərin nəticə vermədiyini qənaətinə gəliblər. Əgər nəticə vermirsə, harada nəticə əldə edə bilərlərsə, o istiqamətə yönəlməlidirlər. Bu istiqamət isə Livandır. Bu məsələ Livanla da bitməz.

“İranı müharibə arealına çevirəndən sonra orta şərqdə strateji hədəflərinə daha asan nail olacaqlarını düşünürlər. ABŞ, Qərb Rusiya Ukrayna müharibəsini ikinci plana keçirdi. Bunu yanaşmalarında, siyasi münasibətlərində görünür. Ukraynanı sanki psixoloji olaraq hazırlayırlar ki, danışıqlar başlasın, müharibənin sonlanması baş versin. Bu da Ukraynanın torpaq itkiləri üzərindən ola bilər. Ukrayna tərəfi də düşünür ki, ərazilərini itirmiş olsa da, dövlətçiliyini itirməsin”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Səxavət Məmməd

COP29

www.yenicag.az

151
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv