Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Ukraynada azərbaycanlıların dəstəyi ilə tikilən uşaq bağçası kompleksi istifadəyə verilib - FOTOLAR

Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin təşəbbüsü və dəstəyi ilə Vinnitsa şəhərində müasir uşaq bağçası kompleksi tikilərək istifadəyə verilib.

Yenicag.az AZƏRTAC-a istinadən xəbər verir ki, açılış mərasimində Vinnitsanın meri Sergey Morqunov çıxış edərək şəhərdə belə müasir uşaq bağçasının istifadəyə verilməsinin sakinlər üçün böyük bir hədiyyə olduğunu deyib. Azərbaycan şirkətlərinin Ukraynanın müxtəlif bölgələrində sosial layihələrə investisiyalar qoyduğunu qeyd edən mer vurğulayıb ki, Vinnitsa şəhəri azərbaycanlı iş adamlarının xidmətlərində maraqlıdır.

Azərbaycan Ukrayna İş Adamları və Sənayeçiləri Birliyinin sədri Əli Əliyev isə qeyd edib ki, Ukraynanın tarixi şəhərində belə bir layihənin həyata keçirilməsindən məmnundur. “Biz inanırıq ki, şəhər sakinləri müasir uşaq bağçası kompleksinin xidmətindən faydalanacaq. Burada uşaqların istirahəti üçün bütün müasir texnologiyalardan istifadə edilib. Uşaq bağçasının tikintisində türk sərmayəçilərinin də böyük əməyi olub”, – deyə o əlavə edib. 3500 kvadratmetr ərazidə yerləşən uşaq bağçasından 120 uşaq yararlanacaq.

Sonra bağçanın rəmzi açarı uşaqlara verilib.

Uşaq bağçasında böyük və kiçik yaşlı uşaqlar üçün qruplar, məşğələ, yataq otaqları, camaşırxana, yeməkxana mövcuddur. Kitabxana, həkim məntəqəsi və inzibati otaqlardan ibarət bağça istilik sistemi və s. lazımi şəraitlə təmin edilib, ehtiyat və içməli su anbarları, eləcə də mebel və yataq dəstləri, digər zəruri avadanlıqlarla təchiz olunub.

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1131
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM