!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynada matəm elan edildi

!Reklam – Yazi

Ukrayna Prezidenti Vladimir Zelenski An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı hərbçinin ölümünə görə 26 sentyabr tarixini matəm günü elan edib.

Yenicag.az xəbər verir ki, qərara əsasən, bu gün Ukraynada rəsmi binaların önündəki bayraqlar endirilib, bütün konsert tədbirləri təxirə salınıb, televiziyalar proqramlarında matəmlə bağlı dəyişiklik ediblər.

Qeyd edək ki, ötən gün Kiyev-Xarkov-Dovjanski marşrutu üzrə uçan An-26 təyyarəsi Xarkovdakı Çuquyev hərbi aerodromu yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 28 kursant və zabitdən cəmi 2 nəfər sağ qalıb və onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İlkin ehtimala görə, qəzaya mühərriklərdən birinin göstəricisinin (datçik) sıradan çıxması səbəb olub.

 

COP29

www.yenicag.az

624
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv