Dortmund “Borussiaya”sının 9 futbolçusu toyuq dönərindən zəhərlənib.
Yenicag.az xəbər verir ki, hadisə Almaniya klubunun İspaniyadakı təlim-məşq toplanışı zamanı baş verib.
Dərhal müayinə olunan futbolçulara mədə-bağırsaq iltihabı diaqnozu qoyulub.
Klub həkimləri dönərdən zəhərlənən Nuri Şahin, Ömer Toprak, Roman Bürki, Roman Veydenfeller, Mark Barta, Andre Şürrle, Kristian Şürrle, Kristian Pulişiç, Jakob Bruun Larsen və Dominik Raymannın “Volfsburq”la çempionat matçına qədər hazır olacaqlarını bildiriblər.
www.yenicag.az