!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarda söz bazası PROBLEMİ: Valideynlər bu məqamlara diqqət etməlidir

!Reklam – Yazi

“Bu gün müasir tibb, psixologiya, loqopediya, nitqlə məşğul olan hər bir şəxsin dediyi yeganə söz uşaq nitqinin nəsillə əlaqəsinin olmamasıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında azyaşlıların söz bazası azlığı və valideynlərin uşaqların söz bazasının formalaşmasında diqqət etməsi lazım olan məqamlardan danışan uşaq psixoloqu Zeynəb Eyyubova deyib.

Onun sözlərinə görə, bəzən uşaqlar 2 yaşa çatsa da, lakin iki-üç sözdən ibarət cümlələr qura bilmir.

“Ümumiyyətlə, uşaqlar doğulduğu gündən etibarən nitqi mövcud olur. Sadəcə, o zamanlar azyaşlılar müxtəlif səslər vasitəsilə özünü ifadə edir. Bu gün hər bir valideyn bilməlidir ki, bir yaşında olan uşağın balansında 5-9 söz olmalıdır. Bu müxtəlif sözlər ola bilər. Bir yaşdan sonra isə artıq 20-dən 40-a qədər, iki yaşdan etibarən isə 50-dən 200-ə qədər söz olmalıdır. Bəzən uşaqlar 2 yaşa çatsa da, iki-üç sözdən ibarət cümlələr qura bilmir. Valideynlər bəzən bunu genetika, nəsillə əlaqələndirirlər. Lakin bu gün müasir tibb, psixologiya, loqopediya, nitqlə məşğul olan hər bir şəxsin dediyi yeganə söz uşaq nitqinin nəsillə əlaqəsinin olmamasıdır”, – deyə o bildirib.

Psixoloq əlavə edib ki, azyaşlıları üç yaşına qədər, bir dəfə də olsa, psixoloji diaqnostikadan keçirmək lazımdır.

“O zaman psixoloji diaqnostikadan keçən uşaqlarda hansı problemlərin olub-olmaması bilinəcək. Valideynlər belə hallarda çox zaman nevroloqlara müraciət edirlər. Nevroloqlar da üç yaşa qədər uşaqlara, ümumiyyətlə, müalicə yazmır. Lakin valideynlər bu yaşlarda psixoloqa müraciət etsələr, psixoloqlar azyaşlılarda kiçikmotorika – barmaq ucu ilə işlədikdə, uşaqların beyninin daha çox inkişafına zəmin yaratmasına, nəticədə, İQ səviyyəsini, dərketməsini artıraraq, söz bazasının düzəlməsinə gətirib çıxaraq. Valideynlərə tövsiyəm odur ki, övladlarını söz bazası baxımından digər uşaqlarla müqayisə etməsin”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

302
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv