Əfsanəvi Yamaykalı atlet Useyn Boltun Olimpiya medalı əlindən alınıb.
Yeniçağ.Az-ın məlumatına görə, yüngül atlet və onun komanda yoldaşları 2008-ci il Pekin Olimpiadasında əldə etdiyi 4×100 metr məsəfəyə qaçış üzrə qızıl medaldan məhrum edilib.
Belə ki, onun komanda yoldaşlarından biri Nesta Karterdə dopinq aşkar edilib.
Bu qərar nəticəsində Bolt bir tituldan məhrum edilərək səkkizqat Olimpiya çempionu olub. Onunla bərabər yamaykalı digər atletlər Asafa Pauell və Maykl Freyterin də medalları əllərindən alınıb.
Qeyd edək ki, əfsanəvi sprinter ardıcıl 3 Olimpiadada (Pekin-2008, London-2012 və Rio-2016) 100 metr, 200 metr və 4×100 metr yarışlarında qızıl medal qazanıb.
Yeniçağ.Az
www.yenicag.az