Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 17-nə olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Yenicag.az xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 162 ölkə/ərazi üzrə 182 742 nəfərdir.
Son yoluxma sayı 290 nəfərdir. Onların içərisində 7 174 şəxs artıq ölüb.
Bu günə qədər virus infeksiyasından 79 883 şəxsin sağaldığı qeydə alınıb.
Statistikaya əsasən, onlardan 1 300 nəfər yeni sağalanlardır.
www.yenicag.az