!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vahid Əziz özündən çıxdı: "Ə, sən kimsən..."

!Reklam – Yazi

Tanınmış şair Vahid Əziz şeirlərinə bəstələnmiş mahnıların sözlərini dəyişərək oxuyan müğənnilərə qəzəblənib.

Yenicag.az-a açıqlama verən şair narazılığını dilə gətirib:

“Şeirlərimə yazılan məşhur musiqilərin sözləri dəyişdirilərək oxunanda əsəbiləşirəm. Mirzə Babayevin möhürünü vurduğu “Qurban olum” mahnısını bir çox müğənnilər sözlərini dəyişərək oxuyub. Mən o şeiri 24 yaşımda yazmışam. Müğənnilər “Qocalıqda qaldım yetim” əvəzinə “Bu yaşımda qaldım yetim kimi oxuyur”. Adama deyərlər ki, qocalığını boynuna almırsan deyə, sözlərimi dəyişməlisən? Əsəbiləşib müğənniyə dedim ki, “ə, sən kimsən sözlərimi dəyişirsən, bir də belə oxuma. Necə yazmışamsa, elə də oxu”. Əslində o mahnının möhürünü Mirzə Babayev vurub, qalanları sadəcə onu yamsılayır. Bütün mahnılar elədir, ilk ifaçısı möhürünü vurur, qalanları da sadəcə təqlid edir. Bəstəkar bilir ki, mahnını hansı müğənniyə verməlidir”.

Cəvahir

COP29

www.yenicag.az

5699
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv