!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Varlı kasıbdan nə qədər çox yaşayır? - Pulun ömrün uzunluğuna TƏSİRİ

!Reklam – Yazi

İnsan ömrünün uzunluğuna zənginlik, mal-mülk və maddi imkan kifayət qədər təsir edir. Eləcə də zənginlik insanın sağlamlıq durumunun göstəricilərini də dəyişir.

Yenicag.az xəbər verir ki, bunu ABŞ və İngiltərə alimləri birgə apardıqları son elmi tədqiqatın nəticəsi olaraq bəyan edib.

Məlum olub ki, ingilis və amerikalılar arasında zəngin vətəndaşlar öz kasıb və az imkanlı həmvətənlərindən 7-9 il daha çox yaşayır.

Alimlər 25 min nəfər, yaşı 50-dən yuxarı insanların tibbi məlumat və ölüm bazasını, eləcə də maddi vəziyyətini analiz ediblər.

Nəticələr göstərib ki, insanın maddi imkanı nə qədər yaxşıdırsa, onun sağlamlıq və müalicə imkanları bir o qədər effektlidir.

Konkret rəqəmlərə gəldikdə isə statistika göstərib ki, zəngin, imkanlı kişilər 81 yaşına kimi normal sağlamlıqla yaşayır, kasıb təbəqənin kişiləri isə 72 yaşına kimi çata bilir. Qadınlarda isə varlılarda 84-85, kasıblarda isə 74-76 yaşdır.

Qeyd edək ki, Amerika və İngiltərə inkişaf etmiş ölkələr içərisində əhalinin gəlir və maddi imkanları arasında iqtisadə bərabərsizliyin ən yüksək səviyyədə olduğu dövlətlərdir./Medicina/

COP29

www.yenicag.az

1196
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv