Bu gün “Buta Palace”da Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçiriləcək.
Yenicag.az xəbər verir ki, V. Talıbov bir müddət əvvəl Naxçıvan daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.
Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanıb. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutub.
S. Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq əlaqələr üzrə prorektoru” vəzifəsində çalışır.
Sayta açıqlamasında Seymur Talıbov toy məclisinin ailə daxilində keçiriləcəyini bildirib. “Toy mərasimi sadə, milli adət-ənənələrə uyğun, ailə daxilində keçiriləcək. Əlavə heç nəyə ehtiyac yoxdur. Allah bütün ailə həyatı quranları xoşbəxt eləsin!”.
www.yenicag.az