Vaşinqtonun "təkbaşına" savaşı: NATO ölkələri ABŞ-dən üz döndərir?

media-hightechnic-468x90

“Rusiya–Ukrayna münaqişəsi fonunda NATO-nun parçalanması Kremlin maraqlarına xidmət edər”.

media-banner_tuq

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, ABŞ-İran gərginliyi fonunda NATO-nun gələcək mövcudluğu və alyans daxilindəki fərqli yanaşmalar barədə fikirlərini səsləndirib. Hərbi ekspert bildirib ki, hazırda İranla davam edən münaqişə fonunda ABŞ ilə NATO müttəfiqləri arasında müəyyən gərginlik və fikir ayrılıqları müşahidə olunur:

“NATO-ya üzv olan bəzi ölkələr ABŞ-nin bu əməliyyatlara başlamazdan əvvəl onlarla məsləhətləşmədiyini əsas gətirərək Vaşinqtonun addımlarına tam dəstək vermirlər. Digər bir qrup ölkə isə yalnız məhdud miqdarda dəstək göstərir ki, bu da münaqişənin ümumi miqyası fonunda hərbi əməliyyatların gedişinə ciddi təsir göstərmir.

Əslində NATO-nun aparıcı gücü ABŞ-dir. Alyansın büdcəsinin böyük hissəsi məhz ABŞ tərəfindən təmin olunur. Buna baxmayaraq, hazırda NATO-nun dağılması real gündəm məsələsi deyil. Hesab edirəm ki, üzv ölkələr də belə bir ssenaridə maraqlı deyillər. Çünki Rusiya–Ukrayna münaqişəsi fonunda NATO-nun parçalanması birbaşa Kremlin strateji maraqlarına uyğun olardı”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05