Vəziyyəti ağır olan xalq artistinin - Son durumu

media-hightechnic-468x90

Xalq artisti, Lənkəran Dram Teatrının aktrisası Böyükxanım Əliyeva hələ də reanimasiyadadır.

Aktrisanın kürəkəni, aktyor Qurban Məsimov Yenicag.az-a açıqlamasında aktrisanın həyatı üçün təhlükənin sovuşduğunu bildirib:

“Bu gün xəstəxanada Böyükxanım Əliyevanı müayinə etdilər, ciyərləri təmiz çıxdı. Exo kardioqramma da olundu. Həkimlər dedi ki, ürəyində ciddi problemlər var, müalicə olunmalıdır. Amma ağır təhlükə sovuşub. Bununla belə, hələ bir müddət də reanimasiyada qalacaq”.

Xatırladaq ki, aktrisa yanvarın 16-da ağ ciyər və ürək çatışmazlığı diaqnozu ilə M.Nağıyev adına xəstəxanasına yerləşdirilib.

Cəvahir

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600