“Vicdan haqqı” serialının Farizi Murad İsmayıl oynamaq arzusunda olduğu rollardan danışıb.
Yenicag.az-a açıqlama verən aktyor müsbət qəhrəman olmaqdan bezdiyini deyib: “Kara sevda” serialında çox sevdiyim müsbət qəhrəman var, üz-gözündən heç deməzsən ki, daxilən mənfi insandır. Mən də müsbət qəhrəman olmaqdan bezdim, istəyirəm mənfi obrazlar yaradım. Görünüş aldadıcıdır. Adam var, üzündən məsumluq yağır, amma içində şeytan gizlənib. Mən də elə bir qəhrəmanı canlandırmaq istəyirəm. Dəxli yoxdur, lap qatil olsun”.
“Erotik filmə çəkilərdinizmi?” sualına gənc aktyorun cavabı belə oldu:”Azərbaycanda belə filmlər çəkilməz, çünki bizim millət erotik filmlərə hazır deyil. Heç özüm də belə bir filmə dəvət almamışam”.
Murad tamaşaçılar tərəfindən tənqid olunmasından da danışdı: “Vicdan haqqı” serialında Farizi tənqid ediblər. Yazıblar ki, anana, atana dəstək ol. Amma Murad olaraq hələ tənqid olunmamışam. Olunsam da buna normal yanaşaram, çünki, tənqidə açıq insanam”.
Cəvahir
Foto: Cəmalə
www.yenicag.az