“Whatsapp”a avtomatik silinən mesajlar funksiyası gəlir

media-hightechnic-468x90

“Whatsapp” messencerinin beta versiyasında avtomatik şəkildə silinən mesajlar funksiyası aşkar edilib.

media-banner_tkm

Həmin funksiya “Telegram” və “Snapchat”ın avtomatik silinən mesajlar funksiyası kimidir. Bu barədə Wabetainfo saytı xəbər verib. “Whatsapp”da bu funksiya “Delete Messages” adlanır və o artıq “Android” üçün olan “Whatsapp 2.19.348 beta” versiyasında işə salınıb.

Bu funksiya vasitəsilə istifadəçi göndərdiyi mesaj üçün vaxt limiti qoya biləcək. Nəticədə qoyulmuş vaxt limitindən sonra göndərilmiş mesaj avtomatik olaraq silinəcək. Bu yeni funksiya həm fərdi çatlarda həm də qrup çatlarında çalışır. Yeni funksiya messencerin təhlükəsizlik səviyyəsini yüksəldə və mesajların çox olduğu qrup çatlarında ünsiyyəti daha rahat edə bilər. Messencerin hal hazırki aktual versiyasında mesajları yalnız fərdi şəkildə silmək olur. Bu yeni funksiyanın isə hamı üçün nə zaman işə salınacağı bilinmir.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05