“WhatsApp Business”in auditoriyası 5 milyon şirkətə yaxınlaşdı

media-hightechnic-468x90

“WhatsApp Business” korporativ messencerinin istifadəçilərinin sayı 5 milyon şirkətə yaxınlaşıb. Həmçinin xidmətdə təqdim edilmiş yeniliklər elan olunub.

Yenicag.az xəbər verir ki, “WhatsApp Business” korporativ messencerində şirkət və brendlər öz fəaliyyətlərinin təsvirindən ibarət ayrı-ayrı profillər yarada bilərlər. Messencerin köməyi ilə iş adamları müştərilərlə şəxsən və ya tez-tez verilən sualları cavablandıracaq çat-botlar vasitəsilə ünsiyyət saxlaya bilərlər.

Xidmət avtomatik salamlamanı tənzimləməyə, mesaj statistikasına baxmağa və biznes hesabın iş vaxtını (bu vaxt ərzində istifadəçilər şirkətin nümayəndələrinə yaza bilərlər) göstərməyə imkan verir.

Bundan başqa, “WhatsApp Business”də çat siyahılarının filtrasiyası (qruplar, poçt siyahıları və oxunmamış mesajlar üzrə çeşidləmə imkanı) və sürətli cavablar əlçatan olub./AZƏRTAC/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa