“WhatsApp”dan yenilik: Emoji ilə cavab vermək mümkün olacaq

media-hightechnic-468x90

“WhatsApp”ın tərtibatçıları dayanmadan istifadəçilərə yeni imkanlar təklif etməkdə israrlıdırlar.

Yenicag.az xəbər verir ki, bu yaxınlarda onlar emojilərdən istifadə edərək digər insanların mesajlarına cavab vermək funksiyasını təqdim ediblər. Hazırda isə messencerin texniki komandası bu məqsədlər üçün istifadə olunan işarələrin siyahısını genişləndirməyi düşünür.

Məlumata görə, yaxın vaxtlarda mesajlara istənilən emoji ilə cavab vermək mümkün olacaq.

Qeyd edək ki, hazırda yeniliyin istifadəçilər üçün nə zaman əlçatan olacağına dair dəqiq məlumat yoxdur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600