Xaçmazda ağac avtomobilin üstünə aşdı: Sürücü xəsarət aldı

media-hightechnic-468x90

Xaçmaz rayonunda ağacın avtomobilin üzərinə düşməsi nəticəsində sürücü xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Ağtala kəndində baş verib.

Belə ki, Nərəcan-Uzunoba avtomobil yolunda hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin üzərinə ağac aşıb.

Hadisə zamanı sürücü 1992-ci il təvəllüdlü Allahverdiyev Vüsal Cəlaləddin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

O, Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa