Reklam

Reklam

Xalq artisti, zərb ifaçısı Sadıq Zərbəliyev səsi olmayan, qalmaqalla gündəmə gələn müğənniləri tənqid atəşinə tutub.

Yeniçağ.az-a açıqlama verən xalq artisti xüsusən də xanım sənətçilərə qalmaqal yaratmağı yaraşdırmadığını bildirib:

“Sovet vaxtı ustad sənətkarlar yığışıb Bədii  Şurada müəyyən edərdilər ki, hansı  müğənninin səsi var, hansının yoxdur. Onda hər adam asanlıqla musiqi aləmində görünə bilməzdi. İndi belə deyil. Səsi olmayan da aparatla oxuyur. Yaxud da sənəti olmadığı üçün  başlayırlar gündəmə gəlmək üçün qalmaqal yaratmağa. Ən pisi budur ki, xanım sənətçilər bir-birini söyür, qalmaqal edir. Ayıbdır. Belə şeyləri bizim millətə yaraşdırmıram. Xanım xanımlığını saxlamalıdır. Bəylər də onlara hörmət etməlidir”.

Xalq artisti sponsor hesabına məşhur olan müğənnilərdən də danışıb:

“O boyda dünya şöhrətli Zeynəb Xanlarovanın sponsoru olmayıb. Öz səsi və sənəti sayəsində bütün dünyada tanınıb. Bu gün də səsi ilə hər kəsi valeh edir. İndi bəzi sənətçilər sponsorların hesabına reklam olunur”.

Cəvahir

Foto: Cəmalə

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8196
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.