!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Bu açıq-saçıqlığa son qoyulmalıdır”

!Reklam – Yazi

Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində Bədii Şuranın yaradılmasını dəstəkləyib.

Yenicag.az-a açıqlama verən məşhur diktor digər televiziyalarda da Bədii Şuraların yaradılmasını vacib sayıb:

“Televiziyalarda açıq-saçıqlığa son qoyulmalıdır. Nə geyimlərini bilirlər, nə danışıqlarını, nə də hərəkətlərini. Şit-şit oynayıb, izləyicini qıcıqlandırırlar. Efirə saqqallı çıxan aparıcılar var. Olmaz belə, ayıbdır. Aparıcı telekanalın simasıdır, oturuş-duruşuna, danışığına fikir verməlidir. Biz azərbaycanlıyıq, mental dəyərlərimiz var. Yaxşı olardı ki, digər televiziyalarda da nəzarət qurumları yaradılsın”.

Qeyd edək ki, Bədii Şuranın məqsədi nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların, eləcə də müğənnilərin danışıq, davranış və geyim tərzi, bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasıdır.

Cəvahir

COP29

www.yenicag.az

2358
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv