Xalq artisti gizlinləri açdı: "13 yaşımda öyrəndim ki, məni..."

media-hightechnic-468x90

Xalq artisti Mələkxanım Eyyubova şəxsi həyatı ilə bağlı gizlinləri bölüşüb.

Yenicag.az xəbər verir ki, sənətçi körpə ikən Bakıda yaşayan bibisinə övladlığa verildiyini bildirib.

Nənəsinin istəyi ilə o, ana bətnindəykən bu qərar verilib:

“Ailədə üç bacı, dörd qardaş olmuşuq. Bibimin övladı olmadığı üçün ana bətnindəykən nənəm qərar verib ki, anam məni bibimə versin. Məndən əvvəl o biri uşaqları vermişdilər, onlar böyük olduqları üçün qaçıb gəlmişdilər. Sonra məni veriblər. Anam həmişə deyirdi ki, məni bağışla, bilirəm ki, küskünsən. Deyirdim yox, yenə doğulsaydım, yenə verərdin. Qoymadılar gizlin qalsın, 12-13 yaşımda öyrəndim ki, bibim məni saxlayır. Onun zəhməti üzərimdə böyükdür”.

M.Eyyubova onu da bildirib ki, bibisi onu böyüdüb, tərbiyə edib və gəlin köçürüb. O, bibisinin və doğma anasının dünyasını dəyişdiyini deyib.

Xalq artisti bunu “Ay Zaur” verilişində açıqlayıb.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600