Bu gün mərhum xalq artisti, milli kinomuzda misilsiz xidmətləri olan görkəmli aktyor Həsən Turabovun xatirə günüdür.
Yenicag.az-a danışan sənət dostu xalq artisti Əbdül Mahmudbəyli aktyoru belə yad edib:
“Turabov əsl aktyor və şəxsiyyət idi. O, mənə dədə əvəzi idi. Elçiliyimi də, toyumu da Turabov edib. Turabov o qədər hörmətli kişi idi ki, işin həll olunması üçün onun bir kəlmə sözü yetirdi. Onun istər kinoda, istərsə də teatrda yaratdığı obrazlar milli kino və teatr tariximizdə əbədi qalacaq. O oynamırdı, obrazı yaradırdı. Turabovla bağlı nə qədər gözəl danışsam da, onun sənətkarlığını ifadə edə bilmərəm. Onun barəsində ən gözəl söz elə oynadığı rollardır. Ömrü o obrazlarla davam edir”.
Sənət dostu aktyorun ölümünü hələ də qəbul edə bilmədiyini deyib:
“Turabov ailəsinə, övladlarına həddən artıq bağlı idi. Çox gözəl ata, ailə başçısı idi. Çox yaşacayaqdı, amma onu oğlunun dərdi öldürdü. Daşqının ölümü ilə Turabovun beli büküldü”.
Cəvahir
www.yenicag.az