Xalq artisti ilə Əməkdar artist arasında NƏ BAŞ VERİR? – Onunla eyni verilişə qatılmadı
Xalq artisti, aktrisa Fatma Mahmudova Əməkdar artist, müğənni Ruhəngiz Allahverdiyeva ilə eyni verilişdə yer almaqdan imtina edib.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı canlı yayımda aparıcı İsa Şükürov açıqlayıb.
O, Ruhəngiz Allahverdiyevaya müraciət edərək, “Fatma xanımla aranızda qalmaqal olub? O, sizinlə eyni verilişə gəlmək istəmədi”, – deyə bildirib. Müğənni isə qarşı tərəflə aralarında heç bir narazılığın yaşanmadığını və aktrisanın nə üçün belə bir addım atdığını anlamadığını vurğulayıb.
Öncəgörmə qabiliyyətinin olduğunu qeyd edən sənətçi, aktrisanın onunla eyni efirə çıxmayacağını öncədən hiss etdiyini də sözlərinə əlavə edib.
Nehru













