!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən illər sonra ETİRAF: “Ona heç vaxt xəyanət etməmişəm”

!Reklam – Yazi

Bu gün xalq artisti, tanınmış aktrisa Səidə Quliyevanın doğum günüdür.

Aktrisa təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Həmişə təmtəraqdan qaçmışam. Ailədaxilində qeyd edəcəyik. Uşaq vaxtı doğum günlərimi sevirdim, amma indi yaş üstünə yaş gəlir, yaşa doluruq”.

Aktrisa ən yadda qalan hədiyyələrindən də danışıb:

“Oğlum Fərhad hər doğum günümdə mənə açıqcalar verirdi. O qədər xoş sözlər yazırdı ki, elə bilirdim, dünyanı mənə bağışlayıblar. İndi də o yazıları saxlayıram. Arzum o açıqcaları nəvələrimə göstərməkdir”.

Xalq artisti xoşbəxt qadın olduğunu etiraf edib:

“Xoşbəxt qadınam, ailəmi həmişə hər şeydən üstün tutmuşam. Amma sənətimə də yüksək dəyər vermişəm, ona heç vaxt xəyanət etməmişəm. Sənətim mənim iç dünyamı ifadə edib. Hərdən əsəbiləşəndə, əhvalım olmayanda deyirəm nə yaxşı ki, sənətim var”.

Cəvahir

COP29

www.yenicag.az

7284
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv