“Bizi efirə çağırırlar, deyirlər, bir oynaq bir hava çalın. Sən məni efirə çağırmısansa, bilirsən, mən kiməm, zövqüm nədir. Efirlərə də nəzarət lazımdır”.
Bunu doğum günü ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən Xalq artisti, ustad tarzən Möhlət Müslümov deyib.
Sənətkar muğam ifaçılarının da bayağı mahnılar oxumasından narahatlığını ifadə edib:
“Baxırsan, üç aya muğam müsabiqəsində tanınır. Deyirsən, muğama yeni istedad, nəfəs gəldi. Bir il keçir, çıxıb efirlərdə elə-belə mahnılar oxuyur. Burada efirlərin də günahı var”.
Videonu təqdim edirik:
Cəvahir
Samir Məcidov
www.yenicag.az