Xatun illər sonra etiraf etdi: “Atam məni o geyimə görə 2 il danışdırmadı”
“Buna görə atam məndən üz çevirdi və iki il ərzində bir kəlmə də kəsmədi”.
Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış müğənni və bəstəkar Xatun “Full şou” verilişində qonaq olarkən deyib.
Sənətçi karyerasının ilk illərində geyindiyi iddialı və açıq-saçıq libaslara görə atasının sərt reaksiyası ilə qarşılaşdığını səmimi şəkildə etiraf edib:
“Səhnəyə yeni gəldiyim vaxtlarda elə düşünürdüm ki, açıq-saçıq geyinmək müğənnini ulduz edir, ona şöhrət və hörmət gətirir. Ətrafımdakı insanların təsiri ilə mənə elə bir libas hazırlatmışdılar ki, o vaxta qədər heç vaxt elə bir geyimdə olmamışdım. Təsəvvür edin, atam məni klipdə o geyimdə görəndən sonra tam iki il mənimlə danışmadı”.
Xatun keçmişdə verdiyi bu qərara görə peşman olduğunu da gizlətməyib:
“İndiki ağlım olsaydı, qətiyyən o paltarı geyinməzdim. İnsan yaşa dolduqca anlayır ki, böyüklərin sözünə qulaq asmaq lazımdır”.
Nehru













