Xəstəliklə mübarizə aparan Musa Yaqub: “...bezmişəm daha”

media-hightechnic-468x90

Tanınmış şair Musa Yaqubun səhhətində problemlər yaranıb.

Yenicag.az-a açıqlama verən şair müalicə olunduğunu bildirib:

“Nə qədər müalicə olunsam da, xeyri yoxdur, sağalmıram. Həkimə gedirəm, dava-dərman yazırlar. Nə deyirlər, hamısını edirəm. Dəqiq diaqnoz qoyan da yoxdur. Deyirlər boğazında faringit var. Amma bu faringitin müalicəsi niyə bu qədər uzanır, özüm də bilmirəm. Xəstəlik məni əldən salıb”.

Şair xəstəxanaya gedib-gəlsə də, ev şəraitində müalicə olunduğunu bildirib:

“Müayinə olunmaq üçün xəstəxanaya gedirəm. Dəfələrlə müayinə olunmuşam, qan analizləri vermişəm. Xəstəxanada yata bilmirəm, buna görə də evdə müalicə alıram. İynə-dərmandan da bezmişəm daha”.

Cəvahir

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa