“Sevməyə bilərik, amma hörmətlə yanaşmaq məcburiyyətindəyik”.
Yenicag.az xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva “Xəzər axşamı” verilişində deyib.
O, sosial şəbəkələrdə ünvanına yazılan rəylərə reaksiyasından danışıb. Təhqirlə tənqidi fərqləndirdiyi vurğulayan sənətçi heç kimə onu təhqir etməsinə imkan vermədiyini bildirib:
“Sosial şəbəkələrdə yazılan rəylərə əhəmiyyət vermirəm. Təhqirlə tənqidi ayırıram. Qəbul edirəm ki, bəli, nəyisə bəyənmir, hər kəs hər şeyi bəyənmək məcburiyyətində deyil.
Amma təhqir etmək olmaz. Mənə hörmət etməlisən, necə ki mən hamıya hörmətlə yanaşıram. Sevməyə bilərik, amma hörmətlə yanaşmaq məcburiyyətindəyik. Sevmə, amma təhqir də etmə”.
Nehru
www.yenicag.az