Xəzərdə hərbi gəmi qəzaya uğradı: İtkin düşənlər var – VİDEO

Xəzər dənizində hərbi gəmi qəzaya uğrayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Bəndər-Ənzəli limanında qəzaya uğrayan gəminin İrana məxsus olduğu bildirilir.

Qəzaya səbəb kimi sərt hava şəraiti göstərilir. Hadisə zamanı 6 nəfər suya düşüb, onlardan 4-ü xilas edilib. Digər iki nəfər isə itkindir.