Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Yenicag.az xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 9 nömrəli tam orta məktəbdə qeydə alınıb.
Belə ki, 11-ci sinif şagirdi eyni məktəbdə təhsil alan şagirdi bıçaqlayıb.
Hadisənin təfərrüatını öyrənmək məqsədi ilə sözügedən təhsil ocağının direktoru Həcər İbrahimova ilə əlaqə saxladıq. Lakin, jurnalist olduğumuzu öyrənən məktəbin direktoru telefonun dəstəyini asaraq, zənglərimizə cavab vermədi.
Direktor məlumatı gizlətməyə çalışsa da, məktəbdən belə bir hadisənin baş verdiyini inkar etmədilər.
Emin Səfərov
www.yenicag.az