Yardımlıda bədbəxt hadisə - Yeniyetmə qayadan yıxılaraq öldü

media-hightechnic-468x90

Yardımlı rayonunda yeniyetmə dərəyə yıxılaraq dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, dünən 2008-ci il təvəllüdlü Gügavar kənd sakini Aris Mais oğlu Ağakişiyev ehtiyatsızlıqdan dərəyə yıxılıb. Çıxdığı qayanın üstündən aşan yeniyetmə baş və boynundan ağır yaralanıb. O, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bu gün səhər saatlarında dünyasını dəyişib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yardımlı Rayon Şöbəsinə təhvil verilib.

Qeyd edək ki, bədbəxt hadisə A.Ağakişiyev heyvanları örüşdən gətirərkən baş verib.

Faktla bağlı araşdırma aparılır./APA/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa