!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Yasamal Yaşayış Kompleksinin tikintisinə 18 milyon manat ayrılıb" - Samir Nuriyev

!Reklam – Yazi

“MİDA”ya 11 milyona yaxın özəl investisiya cəlb olunub”

Bu sözləri Yenicag.az-a açıqlamasında ötən gün “Baku Expo Center”də “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev “MİDA”nın fəaliyyəti və sosial obyektlərin tikintisinə cəlb edilən investisiyalar haqqında danışarkən deyib. O, bildirib ki, investorların cəlb olunması yaşayış komplekslərinin tikintisini daha da sürətləndirir:

“Birinci layihəmiz olan və dövlət vəsaiti hesabına maliyyələşdirilən Yasamal Yaşayış Kompleksinin tikintisi çox böyük sürətlə davam edir. Eyni zamanda dövlət-özəl tərəfdaşlıq modeli çərçivəsində özəl investisiyaların cəlb edilməsinə nail ola bilmişik. “MİDA”ya artıq 11 milyona yaxın özəl investisiya cəlb olunub.

Həmçinin, Yasamal Yaşayış Kompleksinin ərazisində ticarət mərkəzinin tikilməsi ilə bağlı da investisiyaların cəlb olunması gözlənilir. Bu investisiyaların dəyəri isə təqribən 6-7 milyon manat həcmində ölçülür. Ümumilikdə isə birinci layihəmizə 18 milyon manat dəyərində investisiya qoyulub. Bununla yanaşı, cənab prezidentin təsdiq etdiyi strateji yol xəritəsinə uyğun olaraq, büdcədən asılılığın azalması və investisiyaların cəlb olunması məsələlərində işlərimizi davam etdiririk”.

Samir Nuriyev həmçinin ikinci layihə – Hövsan Yaşayış Kompleksinin tikinti işlərinin görülməsi ilə bağlı məsələlərə də aydınlıq gətirib:

“Kompleksin layihə smetasının hazırlanması ilə bağlı artıq tamamlanma işləri gedir. Burada da investorların cəlb olunmasına maraqlıyıq. Məhz bu səbəbdən də daimi olaraq, iş adamları, tikinti investisiya şirkətləri ilə görüşlər keçirir və dünya təcrübəsinə əsaslanan dövlət-özəl tərəfdaşlıq modelləri fonunda əməkdaşlığın qurulması ilə bağlı işlər aparırıq. Bunu yalnız sərgi və yaxud konfranslarda etmirik. Həmçinin, “MİDA” MMC-nin qapıları bütün iş adamlarına, investisiya şirkətlərinin üzünə hər zaman açıqdır.

Kompleks 20 hektar ərazini əhatə edir və şəhərin ən gözəl yerlərindən biri olan Zığ şossesində yerləşir. Çünki həmin ərazi həm geniş, həm də inkişaf etdirmə baxımından əlverişlidir. Yasamal Yaşayış Kompleksində olduğu kimi burada da marşrut xətlərinin açılması gözlənilir. Ümumiyyətlə, dünya təcrübəsinə əsasən, mənzillər elə yerdə yerləşməlidir ki, insanlar iş yerlərinə 45-60 dəqiqəyə çata bilsin. Buna görə də nəqliyyat infrastrukturunun inkişafına xüsusi olaraq maraq göstəririk. Həmçinin, burada tibb məntəqəsinin, ticarət mərkəzlərinin və başqa iaşə obyektlərinin tikintisi ilə bağlı işlər aparılacaq”.

Elvin Paşazadə

COP29

www.yenicag.az

1936
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv