“Əvvəla, Türkiyə və Yunanıstan xarici işlər nazirlərinin ortaq məktubu ilə bu vəzifəyə namizəd göstərilməkdən böyük məmnuniyyət duyduğumu bildirmək istəyirəm. Təbii ki, 57 ölkənin konsensusu ilə bu vəzifəyə seçilməkdən böyük şərəf duyuram”.
Yenicag.az xəbər verir ki, bunu ATƏT-in yeni seçilmiş Baş katibi Firudun Sinirlioğlu TRT-yə açıqlamasında bildirib.
“Hazırda ATƏT coğrafiyasında önəmli savaş yaşanır. O savaşın bu il bitməsi hər kəsin arzusudur. Bu, əlbəttə, ATƏT-in Baş katibi olaraq mənim də ən böyük arzum budur”, – deyə o qeyd edib.
www.yenicag.az