Yevlaxda evlər yandı

media-hightechnic-468x90

1402307372_yanginsdfdsYevlax rayonunda eyni vaxtda 2 ev yanıb, xəsarət alan olmayıb. Yenicag.az aznews-a istinadən bildirir ki, hadisə Yevlax rayonunun Aşağı Bucaq kəndindəki fərdi evlərdə baş verib, nəticədə 2 ailə evsiz qalıb.

media-banner_tuq

Kənd sakinləri Gülüdə Məmmədova və Savad Həsənovaya məxsus bir-birinə yaxın məsafədə yerləşən evlər qəflətən alovlanıb. Ümumi sahəsi 128 kvadratmetr olan hər iki ev tamamilə yanaraq külə dönüb, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində alovun yaxınlıqda yerləşən digər evə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində ev sahiblərinə xeyli miqdarda maddi ziyan dəyib.

Qeyd edək ki, yanğın baş verən evlərdə bir neçə aydır ki, yaşayış yoxdur. Buna görə də yanğın barədə Yevlax Dövlət Yanğından Mühafizə Hissəsinə ilk məlumatı qonşular verib. Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05