Bir neçə gün əvvəl Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan küçədə polislə sakinlər arasında yaşanmış insidentə görə cinayət işi açılıb.
Rayonda bir nəfər cinayət məsuliyyətinə cəlb olunub, onun barəsində həbs-qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat veriləcək. 20 nəfər isə saxlanılıb.
Araşdırma aparılır.
***
12:45
Yevlax şəhərində karantin rejimini pozan qaraçılar polisə daşla xəsarət yetiriblər.
DİN Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, hadisə şəhərin “Qaraçılar məhəlləsi” adlanan küçədə baş verib. Həmin məhəllədə yaşayan bir qrup sakin karantin rejiminin tətbiqini pozaraq etiraz aksiyası keçirməyə cəhd göstərib. Bu zaman ictimai asayişi kobud şəkildə pozaraq orada olan Yevlax Rayon Polis Şöbəsinin əməkdaşına daşla xəsarət yetirilib. Hal-hazırda onun vəziyyəti qənaətbəxşdir.
Baş vermiş hadisə ilə əlaqədar olaraq Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.
Məlumat üçün bildirək ki, Yevlax rayonunda son günlər ərzində COVİD-19 pandemiyasına 80 yoluxma halı qeydə alınıb ki, onlardan 53-ü “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Bu səbəbdən həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır.
www.yenicag.az