Yol qəzasında bir cəsəd aşkarlanıb
Bakıda iki avtomobil toqquşub, 1 nəfər ölüb.
Bakı şəhəri, Sabunçu rayonunda “KİA” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobili toqquşub.
Fövqəladə Hallar Nazirliyinin hadis ə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıblar. Hadisə yerində “Kia” avtomobilinin sürücüsü şəxsiyyəti məlum olmayan sərnişinin cəsədi aşkar olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.