Yük Azərbaycana buraxılmadı
Rusiya hakimiyyəti Ukraynadan 300 mindən çox toyuq yumurtasını ölkə ərazisi vasitəsilə Azərbaycana və Özbəkistana buraxmayıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, buna səbəb olaraq ruslar yanlış rəsmiləşdirilmiş baytarlıq sənədlərini göstərib.
Daha əvvəl Ukrayna Rusiyaya analoji qadağanı tətbiq etmişdi. Ukrayna Rusiyaya Türkiyədən yumurtaların partiyasını idxal etməyə icazə verməmişdi.
Rusiya Ukraynadan Azərbaycana və Özbəkistana 300 min toyuq yumurtası və 30 ton süd məhsulunu buraxmayıb. Bu haqda Rosselxoznadzorun mətbuat xidməti açıqlama verib.
Bryansk və Smolensk əraziləri üzrə idarənin əməkdaşları qeyri-dəqiqliklərə və yanlış rəsmiləşdirilmiş baytarlıq sənədlərinə görə yükü saxlayıb. Yük “Troebortnoe” buraxılış (Ukrayna tərəfindən “Baçevsk”) məntəqəsində saxlanılıb. Yükləri Azərbaycana və Özbəkistana çatdırmalı idi. İdarənin inspektorları yükü Ukraynanın ərazisinə qaytarıblar.