Yük maşını aşdı – Ölənlər var

media-hightechnic-468x90

Sumqayıt şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində “Shacman” markalı yük avtomobili yol kənarına aşıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa