“Prezidentliyə namizədlər vaxtlarının bir hissəsini media məkanında, informasiya aləmində onlara qarşı hücumlara həsr edir. İrad tuturlar ki, əgər onlar namizəd deyilsə, nə üçün vaxt ayırırsınız?”
Yenicag.az xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Zahid Oruc ödənişsiz efir vaxtında deyib:
“Azərbaycanda demokratiyanı qurmaq istəyən 3 qüvvə var. Onlardan biri xaricdə yaşayan Rəsul Quliyevdir. İkincisi 90-cı illərdə Azərbaycanda xaos qoyub gedənlərdir, hansı ki, onlar Milli Şurada cəmləşənlər və Müsavat partiyasıdır. Əli Kərimli namizədləri tənqid edir. Sadə bir misal verim, Əli Kərimli 1995-ci ildən 2002-ci ilə qədər İlham Əliyevin vəkili olub. Eldar Namazov da sağdır, onun müəllimidir. Bunu hər yerdə sübut edə bilərik”.
Bundan başqa, Zahid Oruc çıxışında bildirib ki, növbədənkənar seçkiləri tənqid edənlərin özləri 90-cı illərin əvvəlində hakimiyyətə növbədənkənar seçki ilə gəliblər.
www.yenicag.az