!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Zehnimizi detoks etməyin 10 asan üsulu

!Reklam – Yazi

“Detoks” orqanizmin toksinlərdən təmizlənməsi deməkdir. Sağlamlığımızı qorumaq və bədənimizi toksinlərdən təmizləmək üçün detoks etmək şərtdir. Yay fəslinin yaxınlaşması ilə əlaqədar vücudumuzdakı zərərli maddələri necə detoksla atırıqsa, zehin detoksu ilə də beynimizi tərtəmiz və gümrah hala gətirə bilərik.

Yenicag.az zehnimizi detoks etməyin 10 asan üsulunu araşdırıb sizlərə təqdim edir:

1. HƏR VƏZİYYƏTİ OLDUĞU KİMİ QƏBUL EDİN ! Həyatımızda yaşadığımız ayrılıqlar, xəstəliklər və ölümlər bizi dərindən sarsıdır. Nə qədər acı çəksək də, bu vəziyyəti olduğu kimi qəbul etməyimiz sağlamlıq baxımından çox önəmlidir.

2. BAĞIŞLAYIN! Keçmişinizdə sizi incidən bir çox insan ola bilər, çalışın onları bağışlayın. Sizə mənfi təsir edəcək şəkil və əşyalar varsa, onları atın. Keçmişinizlə barışsanız, uzun müddət fərqində olmadan daşıdığınız ruhi yüklərinizdən qurtulacaq, yüngülləşəcəksiniz.

3. MƏNFİ KƏLMƏLƏRİ HƏYATINIZDAN ÇIXARIN! Bədbin düşüncələrə qapılaraq istifadə etdiyiniz mənfi kəlmələri çalışın lüğətinizdən çıxarın. “Həyatımda hər şey bədbinliyə doğru gedir” kimi ümumiləşdirmələr etməkdən çəkinin.

4. DƏYİŞİKLİYƏ BAŞLAYIN! Kiçik bir addımla həyatınızı dəyişin. Evinizdə olan və müsbət enerji almadığınız əşyalardan qurtulmaqla işə başlayın. Hər gün durmadan baxdığınız telefon və kompüter ekranları üçün sizi motivə edən gözəl şəkillər seçin.

5. SEVDİYİNİZ RƏNGLƏR DƏYİŞİKLİK ÜÇÜN İDEALDIR! Rənglərin gücü həyatımıza böyük təsir göstərəcək. Paltarlarınızda, ev dekorunda hətta saçınızda belə bu rəngləri istifadə etməklə həyatınıza pozitiv enerji qata bilərsiniz.

6. FƏLAKƏT SSENARİLƏRİ YAZMAYIN! Davamlı olaraq fəlakət ssenariləri yazmaq, bəlkə də zehnimizə və özümüzə qarşı etdiyimiz ən böyük pisliklərdən biridir. Pis ehtimalları düşünməklə nə əldə etmək olar ki?

7. ÖZÜNÜZÜ GÜNAHLANDIRMAQDAN ÇƏKİNİN! Hər bir insan həyatda səhv edə bilər, lakin hər hadisədə özümüzü günahlandırmaq düzgün deyil. Bu səhvlərin ya da əksikliklərin fərqinə vararaq, zəif yönlərimizi gücləndirmək daha müsbət nəticəyə səbəb olacaq.

8. MÜSBƏT YÖNLƏRİNİZİ KƏŞF EDİN! Mənfi yönlərinizi görməkdən vaz geçin. Müsbət yönlərinizi görməyə və özünüzlə qürur duymağa çalışın. Uğurlarınızı ətraf mühitlə əlaqələndirməyin. Əgər özünüzə dəyər verməsəniz, ətrafdakılardan bunu gözləməyə dəyməz!

9. YAXŞI YA DA PİS DÜŞÜNCƏLƏRDƏN UZAQ DURUN! Heç bir şey tamamilə yaxşı ya da pis olaraq dəyərləndirilməməlidir. Həyatda daima qara və ağ arasında da tonlar olur. Həm özünüzə, həm də ətrafdakı hadisələrə bu cür yanaşsanız, əlaqələrinizdə üstünlüyə nail olacaqsınız.

10. XƏYALLARINIZI VƏ HƏDƏFLƏRİNİZİ MÜƏYYƏN EDİN! Hər bir insanın bir hədəfi və xəyalı vardır, lakin heç də hər kəs bunun fərqində deyil. Xəyal qurmaqdan çəkinməyin, hədəflərinizi müəyyən edin və zehninizdə canlandırın. Beynin iş sistemi inandıqlarımızı gerçəyə çevirmək üçün proqramlaşıb. Gözəl xəyallar qurduqca siz bunları həyatınıza da əks etdirmiş olacaqsınız.

Tahirə Nur

COP29

www.yenicag.az

4356
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv