Əməkdar artist canlı yayımda GÖZ YAŞI TÖKDÜ: “Bunun üçün vaxt istəyirəm”

media-hightechnic-468x90

“Sevmirəm efirdə ağlamağı. Sadəcə bunlar məni təsirləndirir…”

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Rəşad İlyasov “Öz aramızda” verilişində deyib.

Həm də qanun ifaçısı olan sənətçi canlı yayımda kövrək anlar yaşayıb və göz yaşı töküb. O, təsirlənməyinin səbəblərini belə açıqlayıb:

“Qanun alətini tamaşaçılara daha çox tanıtmaq istəyirəm. Bunun üçün zaman istəyirəm. Sevmirəm efirdə ağlamağı. Oradan da musiqi verirsiniz, sonra deyərlər birdən bu ağlamaq düşünülmüşdür. Elə deyil. Sadəcə olaraq təsirlənirəm. İstəyirəm musiqimiz yazıq günə qalmasın. Solo-konsert vermək istəyirəm. Musiqinin rolu ruhu oxşamaq, dincəlmək, bir az əylənməkdir. İstəyirəm solo-konsert verim, insanları həyatın o keşməkeşlərindən, o azar-bezardan, problemlərdən bir az da olsa uzaqlaşdıraq”.

Nehru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05