0,6%-lik devalvasiya qeydə alınıb

media-hightechnic-468x90

021700106909Bu ilin may ayında Azərbaycanda ərzaq məhsullarının qiymətləri 1,5% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 0,2%, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1% bahalaşıb.

Yenicag.az xəbər verir ki, ötən ay ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,6% ucuzlaşıb.

Ay ərzində buğda unu, balıq məhsulları, qoyun və toyuq əti, süd məhsulları, günəbaxan və qarğıdalı yağları, şəkər və şəkər tozu, alça, çiyələk, kələm, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, kartof, soğan, sarımsağın qiymətlərində ucuzlaşma, qarabaşaq yarması, yumurta, limon, portağalı, naringi, banan, alman, armud, göyərti, çuğundur, kökün qiymətlərində isə bahalaşma müşahidə olunub.

May ayında qeyri-ərzaq mallarından parçalar, geyim, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazlarının qiymətləri bahalaşıb, səsin və təsvirin qəbulu, yazılması və əks etdirilməsi üçün qurğuların qiymətləri isə ucuzlaşıb.

Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tarifləri və beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, MDB ölkələri üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600