!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"... 100 min batırmaq mənim üçün heç nədir" - Emil Bədəlov

!Reklam – Yazi

Bir müddət öncə turizm şirkətinin fəaliyyətini dayandıran müğənni Emil Bədəlov haqqında gəzən söz-söhbətlərə aydınlıq gətirib.

Yenicag.az-a açıqlama verən müğənni bəzi məlumatların yalan olduğunu deyib:

“Biznesdə riskə gedən adam deyiləm, çünki hər addımda balalarımı düşünürəm. Fikirləşim ki, 30-40 və ya 100 min batırmaq mənim üçün heç nədir.Amma elə deyil axı. Bu, mənim üçün böyük məbləğdir. Bu dəfə də gördüm ki, itkiyə gedə bilərəm, qarşısını aldım. Bizim camaatda xasiyyətdir, biznesi bağlansa, başlayırlar danışmağa ki, hə də, hər şey bitdi, bu adam batdı. Mənim barəmdə də söz-söhbətlər yayıldı ki, Emil külli miqdarda xərcə-borca düşüb və s. Heç də elə deyil. Bir qəpik də itirməmişəm. Nə avtomobilimi satmışam, nə də borca girmişəm. Hər şey yaxşıdır”.

Müğənni restoran biznesinə başlayacağını da vəd edib:

“Mənim bildiyim və məşğul olduğum bir biznes sahəsi var, o da restoran biznesidir. İnşallah, yenidən bu fəaliyyətimi bərpa edəcəm. Yaxşı nəticə əldə etsəm, restoranlar şəbəkəsi yaratmağı düşünürəm”.

Müğənni biznesinə özü nəzarət edəcək:

“Etibar etdiyim dostlarım da var, amma şərikli işləmək fikrində deyiləm”.

Cəvahir
Foto: Cəmalə

COP29

www.yenicag.az

4419
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv