13 Azərbaycan hərbçisi şəhid olub

media-hightechnic-468x90

ьшлщдзCari ilin iyun ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 344 dəfə pozulub.

Ötən ay cəbhədə atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 2 hərbçisi (1 nəfər mina partlayışından) isə yaralanıb. Bundan başqa, Ermənistan Ordusunun Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 5 mülki sakin (1 nəfər Tərtərdə, 4 nəfər isə tovuzda) yaralanıb.

Ötən ay ermənilər əsasən Qarabağ cəbhəsinin cənubunda – Füzuli, Xocavənd və Cəbrayıl rayonları istiqamətində aktivləşiblər. Ermənistan Ordusunun bölmələri tərəfindən Füzuli rayonu istiqamətində atəşkəs rejimi 118, Cəbrayıl rayonu istiqamətində 36, Xocavənd rayonu istiqamətində 30 dəfə pozulub.

Qarabağ cəbhəsində – Ağdam rayonu istiqamətində atəşkəs rejimi 83, Tərtər rayonu istiqamətində 23, Goranboy rayonu istiqamətində 13, Göygöl rayonu istiqamətində 4, Azərbaycan-Ermənistan dövlət sərhədində – Qazax rayonu istiqamətində 20, Tovuz rayonu istiqamətində 9, Ağstafa rayonu istiqamətində 4, Gədəbəy rayonu istiqamətində 4 dəfə atəşkəs rejimi Ermənistan Ordusu tərəfindən pozulub.

2014-cü ilin birinci yarısında (yanvar-iyun) cəbhədə atəşkəs rejimi 2846 dəfə pozulub. Atəşkəsin pozulması ilə müşayiət olunan döyüşlərdə və mina partlayışlarında Azərbaycan Silahlı Qüvvələrinin 13 hərbçisi şəhid olub. On doqquz hərbi qulluqçu (9 nəfər mina partlayışı) və 5 mülki sakin isə yaralanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600