17 mərtəbəli bina uçdu,ölənlər var
 Çində binanın bərpası zamanı baş verən qəza nəticəsində 17 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Çində binanın bərpası zamanı baş verən qəza nəticəsində 17 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
APA-nın verdiyi məlumata görə, hadisə ötən gün Xenan vilayətinin Uyan bölgəsində baş verib. Fəhlələr binanın bünövrəsində bərpa işləri apararkən bina uçub. Dağıntılar altından 40 nəfər çıxarılıb. Onlardan 17-si hadisə yerində ölüb. Yaralananlardan 9-nun vəziyyəti xüsusilə ağırdır.
Hadisədə təqsirli bilinən bir neçə nəfər saxlanılıb. Binanın uçmasının səbəbləri araşdırılır.













