2020-ci ilin 31 dekabr tarixinə ölkədə ümumilikdə 218. 7 min nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edlib, onlardan 184.4 min nəfər müalicə olnaraq sağalıb, 2641 nəfər vəfat edib, aktiv xəstələrin sayı 31.6 min, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar icra olunan testlərin sayı isə 2195.5 min olub.
Yenicag.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.
Hesabat ilinin sonuna Azərbaycandakı koronavirusa ümumi yoluxanların 84.3 faizi sağalıb, 14.5 faiz aktiv xəstə olub, ümumi yoluxanların 1.2 faizi dünyasını dəyişib.
www.yenicag.az