3 dəfə ölümdən dönən Əməkdar artist: “Kəfəni yırtdım”
“Həyatımda 3-4 dəfə kəfəni yırtmışam”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Yusif Mustafayev “Qonaqcanlı” verilişində deyib.
Sənətçi həyatında həyatının müxtəlif mərhələlərində 3-4 dəfə ölümdən döndüyünü bildirib:
“Deyir, fələk məni ələyində ələyib, neçə dəfə kəfənində bələyib. Mən də həyatımda 3-4 dəfə kəfəni yırtmışam. Bir dəfə elektrik cərəyanı vurub, 14 saat o dünyanı görüm qayıtmışam. Bir dəfə isə kliniki ölüm keçirmişəm. Bir dəfə də ailəmlə rayona gedəndə ağır yol qızası keçirmişəm. Təsəvvür edin, iki dəfə qəzanı atlatdım, üçüncü dəfə, baxmayaraq ki, maşını ehtiyatla sürürdüm, amma qəzadan qaça bilmədim. Alın yazısı, qismət var və o qismətə inanıram. Çünki biz qəzanı axtarıb tapmırıq, qəza bizi axtarıb tapır”.
Nehru