4 mln borcu olan sahibkarın əmlakı siyahıya alındı

media-hightechnic-468x90

a8c8a2361f89571d5ba8b008ea2c70deSiyahıya alınan vergi əmlakın dəyəri 233 min 680 manat təşkil edib

Bakı Vergilər Departamentinin Bəyannamələr və vergi borclarının alınması idarəsinin əməkdaşları tərəfindən Nərimanov rayonu, Dərnəgül şossesi 1222, ev 12 ünvanda yerləşən Ağayev Ağa Əliəşrəf oğluna məxsus topdansatış obyektində əmlakın siyahıya alınması tədbiri keçirilib.

Nazirliyin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vergi orqanları tərəfindən ötən ilin oktyabr ayında ödəyicinin fəaliyyəti araşdırılarkən onun 3 mln. 871 min 101,14 manat vergi borcunun yarandığı müəyyən edilib, borcun ödənilməsi barədə ona bildiriş göndərilsə də, borc qanunvericilikdə nəzərdə tutulan müddətdə ödənilmədiyindən, Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi borcunun ödənilməsini təmin etmək məqsədilə 2015-ci ilin may ayının 4-də əmlakın siyahıya alınması haqqında Qərar çıxarılıb.

Vergi orqanı əməkdaşları tərəfindən topdansatış obyektində olan 233 min 680 manat məbləğində müxtəlif növ divar kağızları müvafiq qaydada siyahıya alınıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600