İki gün öncə Tovuzda beşi hərbçi olmaqla 7 nəfərin ölümünə səbəb olan yol qəzası nəticəsində həlak olan 13 yaşlı Zaur Həsənovun xatirəsi yad edilib.
Yenicag.az xəbər verir ki, bu barədə onun təhsil aldığı Tovuz rayon Adil Qasımov adına tam orta məktəbin sosial şəbəkə hesabında paylaşım olunub.
Zaurun oxuduğu 7b sinfinin şagirdləri onun partasına qərənfillər düzüb.
Qeyd edək ki, azyaşlı noyabrın əvvəli “Göyçay Boks Klubu”nun təşkil etdiyi Hümbət Məmmədovun xatirəsinə həsr olunan şəhər və rayonlararası respublika turnirində II yer tutduğuna görə diplomla təltif olunubmuş.
Xatırladaq ki, dəhşətli qəzadan sonra Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 13 yaşlı Zaur Həsənov dünən həmin xəstəxanada vəfat edib.
www.yenicag.az