!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

70-ə bir addım da yaxınlaşan Əməkdar artist: “İllərin rəqəmlərdəki əhəmiyyəti yalnız odur ki...”

!Reklam – Yazi

“Hərdən güzgüyə baxanda təəccüblənirəm, deyirəm, bu qoca kişi kimdir, qarşımda dayanıb?”

Bu sözləri növbəti doğum günü ilə bağlı təəssüratlarını bölüşən Əməkdar artist Ayşad Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

O, yaşın üstə neçə yaş gəlməsinin deyil, illərin dəyərinin onun üçün əhəmiyyət daşıdığını bildirib:

“Rəqəmlərin mənim üçün heç bir əhəmiyyəti yoxdur. İllərin rəqəmlərdəki əhəmiyyəti yalnız odur ki, yaxşı rollar oynayım, ailəmə, uşaqlarıma dəyərli olum. Doğum günlərimi təmtəraqlı keçirməyi xoşlamıram. Teatra gəldim, kollektivimizin təbrikini ən böyük təmtəraq, sevinc kimi qəbul edirəm. Məşqdən çıxıb evə gedəcəm, ailəmlə birgə oturub qeyd edəcəyik”.

Aktyor arzuladığı, amma hələ oynamadığı rollardan da danışıb:

“Arzuladığım, amma hələ oynamadığım çox rollar var. Vaxtilə oynadığım, sonra fasilə verdiyim rolları yenidən oynamaq istəyirəm. Oynamaq istədiyim rollar çoxdur. Hətta o obrazların adlarını bir yerə də yazıb saxlamışam.

İçimdə enerjim aşıb-daşır. Gələn il 70 yaşım olacaq, amma yaşımı hiss etmirəm. Hərdən güzgüyə baxanda təəccüblənirəm, deyirəm, bu qoca kişi kimdir, qarşımda dayanıb? Lakin özüm daxilən uşaq kimi qalmışam.

Mənə elə gəlir ki, uşaqlığını içində qoruyub saxlamaq, uşaqlığını satmamaq aktyorluq sənətində ən vacib məqamlardan biridir. Oyun oynamaq, əşyalarla, özü ilə oynamaq aktyor üçün ən vacib şərtlərdən biridir”.

Cəvahir

COP29

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv