Abbas Abbasovla bağlı ittiham
Hüquq müdafiəçisi Vidadi isgəndərli bir yazı göndərib, onu oxuculara təqdim edirik:
“”Azadlıq” qəzetində baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Azərbaycanda kecmiş SSRİ- nin dublikatı- Avrasiya İttifaqına qoşulmasını təbliğ etməsinə biganə qalmaq mümkün deyil. Mən dəfələrlə KİV-lərdə qeyd etmişəm ki, hələ bir neçə il bundan qabaq Rusiyada yaşayan bəzi azərbaycanlı emissarlar Bakıya gələndə mənə Rusiyada hakim partiya olan “Yedinaya Rossiya” adından Azərbaycanda Rusiya meylli bir qurum yaratmağı təklif etmişdilər. Rusiyanın belə bir emissarı var idi -yalançı qeneral İlqar Qasımov. Mən onun vasitəsi ilə emissarlarla söhbət aparmışdım. O vaxt İlqar Qasımovun təşkilatı pulla Musavat Partiyasını və AXCP üzvlərini satın alıb, əsas müxalifət partiyalarını zəiflətmək məqsədi güdürdu. Mövcud iqtidar hansısa səbəbdən İlqar Qasımova Dəniz kanarı parkın (bulvarın yanında) ofis tutmuş və göstərilən fəaliyyətinə şərait yaratmışdı. O vaxtlar hətta İlqar Qasımova Moskvada Rusiya hakimiyəti Azərbaycan diasporası ilə mitinq keçirməyə, onu bir qeneral kimi təbliğ etməyə nail olmuşdu. İlqar Qasımovun Rusiya hakimiyyət orqanları ilə isti münasibətləri var idi. O mənə ayda 1000 manat verməklə onun təşkilatında mühum post tutmağı təklif etmişdi. Təbii ki, mən bu təklifdən imtina etdim. Ancaq onun məqsədini bilmək üçün bir müddət yaxınlıq etdim. Hətta 2 dəfə onu Göyçaya dəvət etdim.Bir dəfə də o məni Sabirabada dəvət etdi. Onun danışıqlarından belə başa düşdüm ki, əsas məqsədi müxalifət partiyalarını zəiflətmək və Azərbaycanda Rusiyameylli ana müxalifət partiyası yaratmağı qarşısına şərt kimi qoyublar. Sonradan o dələduzluq etməyə başladı və Rus imperiyası buna görə də onunla münasibətləri korladı. Qeyd edim ki, məndə olan dəqiq məlumata görə, Rusiyada təhlükəsizlik orqanlarının nəzarəti altında Azərbaycanla iş üzrə ayrıca mərkəz əaliyyət göstərir. Bu mərkəzin məqsədi Azərbaycanda Rusiya ilə isti münasibətlər yaratmaq və Azərbaycanı Avrasiya İttifaqına qoşlmaq istiqamətində planlı iş aparılır.
2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiya kəşfiyyat orqanının “xeyir-duası” ilə “Milliarderlər ittifaqı ” adı altında bir qurum yarandı. (Rusiya Saakaşvilini bu metodla hakimiyyətdən uzaqlaşdırdı və işini görən milyarder razılaşmaya əsasən hakimiyyət dəyişikliyinə nail olub, siyasətdən getdi ) Belə bir plan Azərbaycanla da var idi. Azərbaycana təsir etmək üçün Rüstəm İbrahimbəyovu “Milyarderlər İttifaqı”nın üzvü edib onun Azərbaycanda müxalifəti birləşdirib vahid namizəd olmasına nail olundu. Müsavat Partiyası və İsa Qəmbər bu ideyadan sanki ki,bilgili idilər. Müxalifətin (biri-birini nə mənəvi, nə fiziki, nə ideya tərəfdən dəstəkləməyən partiyalar) birliyinə (müvaqqəti və suni) nail oldular. Nəticədə Milli Şura yarandı. Bəzi partiya “direktorları” Müsavat Partiyasını və onun başqanını xalqın gözündən salmaq üçün demək olar “məcburi” bu quruma üzv etdilər. Sonra Milli Şuranın bir növ nizamnaməsi qəbul olunanda İsa Qəmbər və Müsavat Partiyası “nizamnamə”də dəyişiklik edərək müxalifətin Avro-asiya İttifaqına yox, Avroatlantik məkana inteqrasiya olunması istəyiylə bağlı xüsusi bir bəndin həmin sənədə salınmasına nail oldular. Rusiya Azərbaycan prezidenti İlham Əliyevi Rüstəm İbrahimbəyovla,”Milyarderlər İttifaqı” ilə şantaj edirdi. Rusiya Rüstəm İbrəhimbəyovun əli ilə, seçki öncəsi 100 minlərlə azərbaycanlıları Rusiyadan deport edərək, narazı insanların vasitəsi ilə məqsədlərinə nail olmaq istəyirdilər. O vaxtlar Abbas Abbasov, Söyün Sadıkov aşkar,Vaqif Hüseynov və digərləri gizlin təbliğat aparırdı. Abbas Abbasov Azərbaycanda insan haqqlarının pozulmasından danışanda Milli Şura üzvləri artıq hakimiyyət iyi his edərək vəzifə bölgüsü aparır, kölgə kabineti yaradırdı. Üstəlik, Çeçenistan prezidenti (Ziya Məmmədovun və Abbas Abbasovun yaxın dostu) Ramzan Kadırov da Azərbaycanı şantaj edirdi. (Seçki ərəfəsi onun İlham Əliyevlə görüşə gəlməsi də təsadüfi deyildi…)
Beləliklə, seçkiyə iki ay qalmış Putinin qəflətən Bakıda zühur edərək İlham Əliyevlə anlaşandan sonra Rüstəm İbrahimbəyov kartı aktuallığını itirdi. O vaxtlar mən Rüstəm İbrahimbəyovun Azərbaycana hansı şəraitdə gəlib -gələ bilməyəcəyinə munasibət bildirəndə “zombiləşmiş”, siyasətdən anlayışları olmayan “bədbəxt” fanatlar məni təhqir etməkdən belə çəkinmirdilər. Məhz İsa Qəmbər müxalifəti krizisdən çıxartdı və Cəmil Əliyev projesini ortaya atdı. Bu ideya Milli Şurada parçalanmaya gətirib çıxartsa da müxalifət az da olsa simasını qoruyub saxlaya bildi.
Rüstəm İbrahimbəyov projesi “yananda” milli ideyasını satan partiya liderləri Cəmil Həsənli projesinə qoşuldular.
Sonra Müsavat Partiyası da Milli Şuranı tərk etdi. İndi dünyada, Ukraynada baş verən hadisələrlə bağlı siyasi situasiya gərginləşib. Belə ki, Rusiya bir -iki Avropa və postsovet məkanındakı dövlətlərdən başqa demək olar bütün dünya Rusiyaya qarşıdı. Rusiya da məcburdu ki, təsir imkanına malik dövlətləri, (o cümlədən Azərbaycanı) hər vasitə ilə şantaj edib Avrasiya İttifaqına sürükləyərək keçmiş SSRİ-yə bənzər bir dövlət qurumu yaratsın.Əgər Rusiya bunu edə bilməsə beynəlxalq təzyiqlərə davam gətirmək çətin olacaq. Bu məqsədlə də Rusiya hakimiyyəti Abbas Abbasov və digər şəxslərin əli ilə Azərbaycanda belə təbliğat aparırlar. Nəzər alsaq ki, Abbas müəllimin Azərbaycanda hakimiyyəti təmsil edən Ziya Məmmədov və digərləri kimi dayağı var, üstəlik, Azərbaycanda məmurların özbaşınalığı, rüşvət və korrupsiya, məhkəmə sisteminin bərbad vəziyyətdə olması, insan haqlarının total pozulması, hakimiyyət orqanları tərəfindən heç bir tədbir görülməməsi, məmurların törətdiyi cinayətlərə hüquq mühafizə orqanlarının biganəliyi, həmçinin ABŞ və Avropanın 20 il ərzində Azərbaycanla bağlı siyasətlərinin düzgün qurulmaması-bütün bunlar əsas verir ki, Azərbaycan əhalisi Abbas Abbasovun təbliğatına biganə qalmaya bilər və əslində Rusiya da buna stavka edir. Bir sözlə, Azərbaycan hakimiyyəti vəziyyəti dərindən analiz etməli, üzünü xalqa çevirməli və dəstəyi xalqdan almalıdı. Əks halda Azərbaycan dövlətinin süverenliyi belə Abbas Abbasov və onun buradakı tərəfdarlarının əliylə şubhə altına alına bilər…”(moderator.az).